Press "Enter" to skip to content

Universitetin yeni rektoru kollektivə təqdim olunub

Rektor təqdim edilərkən

BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin edilən Rüfət Əzizov sentyabrın 14-də müəssisə kollektivinə təqdim olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov 85 ixtisas üzrə ali təhsilin iki pilləsində kadr hazırlayan ali təhsil müəssisəsinin qarşısında dayanan aktual vəzifələrdən danışıb. Nazir müavini yeni təyin olunan rektor R.Əzizovun və universitet kollektivinin bu vəzifələrin öhdəsindən gələcəyinə inandığını bildirib. Göstərilən etimada görə təşəkkürünü ifadə edən R.Əzizov hər bir etimadın şəxsi məsuliyyət yaratdığını vurğulayaraq 60 ildən artıq müddətdə öz ənənələrini formalaşdırmış SDU-nun potensialının maksimum ortaya qoyulacağına əminliyini bildirib”.

Mission News Theme by Compete Themes.