Press "Enter" to skip to content

TÜRKSOY-da Taras Şevçenkodan bəhs ediləcək

Taras Şevçenko

Son yeniləmə: 15 Sentyabr 2023 15:48

BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Ukraynanın xalq şairi Taras Şevçenkonun əsərlərinin Türkiyə türkcəsinə tərcüməsini özündə əks etdirən kitabın təbliği məqsədilə tədbir təşkil edəcək.

Kirim Haber Ajansının məlumatına görə, tədbir 18 sentyabr 2023-cü il tarixində saat 14.00-da TÜRKSOY-un Ankaradakı Baş Katibliyində olacaq.

Tədbirdə Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar və TÜRKSOY baş katibi Sultan Raev iştirak edəcəklər.
Kirim Haber Ajansının məlumatına görə, tədbirdə çıxış edənlər arasında Avrasiya Yazıçılar Birliyinin sədri Dr. Yakup Ömeroğlu, Kırklareli Universiteti müəllimi və kitabın redaktoru Dos. Dr. Bülent Hünerli və tərcüməçi Dos. Dr. Tudora Arnaut iştirak edəcək.

Əsərləri və özü ukraynalılar tərəfindən çox sevilən Taras Şevçenko ömrünü sürgünlərdə, düşərgələrdə, həbsxanalarda keçirmiş, onun əzablı həyatı Ukrayna ədəbiyyatına təsvirolunmaz təsir bağışlamışdır.
Əsərləri müasir Ukrayna ədəbiyyatının əsasını təşkil edən Şevçenkonun şeirləri Ukraynanın milli şüurunun inkişafına böyük töhfə verib. Və onun təsiri hələ də bir çox sahələrdə, ədəbiyyatda, intellektual həyatda, ənənəvi həyatda hiss olunur.

Mission News Theme by Compete Themes.