Press "Enter" to skip to content

Laçında 31 ildən sonra ilk zəng çalınıb

Laçında illər sonra ilk dərs günü

BAYRAQDAR MEDİA – Sentyabrın 15-də Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “2023–2024-cü tədris ilində sözügedən məktəbdə 44 şagirddən ibarət 11 sinif təşkil edilib və 16 müəllim burada tədris aparacaq”.

Qeyd edək ki, 510 şagird yerlik ikimərtəbəli məktəb binasında 13 sinif otağı, 2 laboratoriya, kimya, fizika, biologiya kabinetləri, informatika, çağırışaqədərki hazırlıq, tibb, həmçinin qızlar və oğlanlar üçün texnologiya otaqları, kitabxana, idman zalı, 182 yerlik akt zalı mövcuddur.

Mission News Theme by Compete Themes.