Son yeniləmə: 15 Sentyabr 2023 15:15
BAYRAQDAR MEDİA – Kərkükdə Türkmən universitetinin tələbələrinin və orta məktəb şagirdlərinin təşəbbüsü ilə türk kitab oxuma klubu açılıb.
Türkmeneli TV xəbər verir ki, klub texnologiyanın inkişafı və sosial medianın yayılması ilə kitabdan uzaqlaşan gənclərə yenidən kitab oxumaq vərdişi qazandırmağı hədəfləyir: “Türk kitab klubu hər yaşdan və hər təbəqədən olan kitabsevərlər, eləcə də gənclər üçün açıqdır. Klub prezidenti Mustafa Kamal Yılmaz açıqlamasında xüsusilə Kərkükdə gənclərin son illərdə kitab oxumaqdan uzaqlaşdığını təsbit etdiklərini bildirib. Bu səbəbdən belə bir üsula əl atdıqlarını və şəhərin ilk türkcə kitab oxuma klubunu qurduqlarını bildirən M.K.Yılmaz, bütün dünyada nümunələri olan bu təcrübəni Kərkükə gətirməkdən xoşbəxt olduqlarını deyib”.
Məlumata görə, Ankara Yıldırım Beyazıt Universiteti Kompüter Mühəndisliyi fakültəsinin tələbəsi M.K.Yılmaz, xüsusilə gənclərə kitab oxuma vərdişi və araşdırma ruhunu aşılamağı hədəflədiklərini söyləyib. Kərkükdə türkcə kitabların sayının az olduğunu klubu qurarkən aşkar etdiklərini deyən M.K.Yılmaz Türkiyədən 6 minə yaxın kitab gətirərək gənclərə hədiyyə etdiklərini vurğulayıb.