Son yeniləmə: 15 Sentyabr 2023 13:03
BAYRAQDAR MEDİA – Sentyabrın 14-də İstanbulda Türk Dünyası Biznes Forumu keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 15-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “iqtisadiyyat nazirinin birinci müavini Forumda çıxış edərək qloballaşan dünyada baş verən çağırışların həllində türk dövlətlərinin birgə fəaliyyətinin önəmini vurğulayıb. Bildirilib ki, enerji sektorunda birgə təşəbbüslər regional və qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb. Bu birgə səylər təkcə iştirakçı dövlətlərin enerji təhlükəsizliyini artırmaqla yanaşı, həm də Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmağa xidmət edir”.
Məlumata əsasən, çıxışda qeyd edilib ki, türk dövlətləri tərəfindən həyata keçirilən əməkdaşlıq və birgə investisiyalar regionun nəqliyyat və ticarət dinamikasına fəal təsir edir və bu kontekstdə Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir: “Təşkilata üzv ölkələrin ticarət və investisiyalar, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və s. kimi sahələrdə tərəfdaşlığı dərinləşdirməsi üçün böyük potensial mövcuddur. Türk İnvestisiya Fondunun yaradılması qarşılıqlı layihələrin maliyyələşdirilməsi və üzv ölkələr arasında gələcək əməkdaşlığın gücləndirilməsi üçün mühüm perspektivlər vəd edir”.
Məlumatda, həmçinin, “Biznes forumda çıxış edən Türkiyə Ticarət Palatası və Birjaları Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) prezident Məmməd Musayev, Qazaxıstan Respublikası Milli Sahibkarlar Palatasının (ATAMEKEN) sədri Raimbek Batalov, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariev, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının sədri, gənclər siyasəti və idman naziri Adham İkramov, Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Parraq Laslo, Türkmənistan Ticarət və Sənaye Palatasının sədri Merqen Qurdov, Kipr Türk Ticarət Palatasının sədri Turqay Deniz və Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amrayevtəşkilatda təmsil olunan ölkələr ara-sında çoxtərəfliəməkdaşlıq əlaqələriinin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, indiyədək birliyə üzv dövlətlərin müvafiq qurumlarının yük¬sək səviyyəli rəsmiləri arasında çox-saylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bütün bunlar quruma üzv döv¬lətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələrinin təqdim edilməsi, o cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahi¬bkarlar arasında işgüzar əlaqələrin dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır” deyə əlavə olunub.
Forum işgüzar dairələrin iştirakı ilə keçirilən ikitərəfli (b2b) görüşlərlə davam edib.