Press "Enter" to skip to content

Eskişehir Sənaye Palatası TOGG-na qovuşdu

Celalettin Kesikbaş TOGG-u təhvil alarkən

BAYRAQDAR MEDİA – Türkiyə Odalar və Birjalar Birliyinin liderliyi ilə istehsal olunan ölkəmizin yerli və milli avtomobili TOGG Eskişehir Sənaye Palatasına təhvil verilib.

Eskişehir.net saytının məlumatına görə, yerli və milli avtomobilin təhvil alınması ESO sədri Celalettin Kesikbaş və ESO İdarə Heyətinin üzvləri tərəfindən həyata keçirilib.

ESO sədri Celalettin Kesikbaş, TOBB-nun 79-cu Baş Assambleyasında 81 vilayətdən 365 palata və birja üçün püşkatma keçirildiyini bildirib: “Püşkatma mərasimindən sonra yerli və milli elektromobilimizi əldə etdik. Belə mühüm vizyona imza atan hər kəsə təşəkkür etmək istərdik. TOGG ölkəmizdə təkcə bir arzunu reallaşdırmayacaq, həm də yeni arzuların reallaşmasına, yerli və milli texnologiyanın inkişafına qapı açacaq bir layihə kimi bizi ruhlandırır”.

Mission News Theme by Compete Themes.