Press "Enter" to skip to content

Daha bir təxribatın qarşısı alınıb

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat veriib.

“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb” deyə məluamtda qeyd edilib.

Mission News Theme by Compete Themes.