Son yeniləmə: 27 Sentyabr 2023 13:25
Prof. Dr. Mehmet Gavgalı: Lakin sonda təbii ki, təhsilimiz də bir olacaq
BAYRAQDAR MEDİA – “Bizim çoxsaylı və geniş əlaqələrimiz var. İlk sırada isə Azərbaycan gəlir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı qardaş Türkiyənin Karamanoğlu Mehmetbey Üniversitetinin rektoru Prof. Dr. Mehmet Gavgalı deyib.
O, rəhbərlik etdiyi ali təhsil ocağının Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyində (TÜRKÜNİB)
təmsil olunduğunu bildirib: “Biz də bu qurumda varıq. Qurumun Orhun Proqramı çərçivəsində tələbə və müəllimlərimizin mübadiləsinə üstünlük veririrk. Təbii ki, bizim üçün ilk sırada da Azərbaycan gəlir. Bizim gənclərin də Azərbaycanda universitetlərdə təhsil almasını istəyirik”.
Türkiyə ilə Azərbaycanın təhsil sahəsinin də birləşdirilməsi məsəlsinə gəlincə, rektor deyib: “Təhsil çətin bir işdir. Dolayısı ilə bu işin başında olan insanlar nə qədər də “bir olaq” desələr də, bu məsələnin həlli üçün uzun zaman lazımdır. Lakin sonda təbii ki, təhsilimiz də bir olacaq. Buna kimsənin şübhəsi olmasın”.