Press "Enter" to skip to content

“YAŞAT” Fondu ənənəsinə sadiqdir

Ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüş

Son yeniləmə: 14 Sentyabr 2023 12:11

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlillərinə bu il də dəstək göstərilir

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2 min manat pul mükafatı veriləcək.

Bu barədə BAYARQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2023-2024-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşüb. Ülvi Mehdiyev onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzu edib”.

Məlumata əsasən, görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2 min manat birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub: “İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər”.

Mission News Theme by Compete Themes.