BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov sentyabrın 14-də Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Orta Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə iştirak etmək üçün Düşənbəyə işgüzar səfər edəcək.
Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.
Bulak.kg saytı xəbər verir ki, səfər çərçivəsində S.Caparov Tacikistan Prezidenti Emoməli Rəhmonla ikitərəfli danışıqlar aparacaq.