Press "Enter" to skip to content

Qardaş Türkiyənin media mənsubları ilə görüş

Qəbul sonrası xatirə şəkli

BAYRAQDAR MEDİA – Sentyabrın 14-də Türkiyə Qəzetəçilər Federasiyasının rəhbəri Yılmaz Karacanın başçılığı ilə Azərbaycanda səfərdə olan qardaş ölkənin media mənsublarından ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Şuradan daxil olub.

Xəbərdə deyilir ki, “qonaqları salamlayan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun Türkiyədəki media orqanları və təşkilatları ilə sıx əlaqələrindən söz açıb. Bu əlaqələrin türk dünyası üçün nümunəvi xarakter daşıdığını vurğulayan sədr əlavə edib ki, qarşılıqlı iş birliyinin güclənməsi ortaq Azərbaycan həqiqətlərinin dünyaya təbliği baxımından mühüm əhəmiyyət daşımaqdadır. O, həmçinin Türkiyənin qabaqcıl media təcrübəsinin Azərbaycanda tətbiqinin də müstəsna önəm kəsb etdiyini deyib”.

Daha sonra xəbərdə, “görüşdə Azərbaycan-Türkiyə media əməkdaşlığının hazırkı durumu, perspektiv hədəfləri barədə geniş fikir mübadiləsi aparılıb, mövcud sahədəki çatışmazlıqlara diqqət yetirilib, qazanılmış uğurların gələcək nailiyyətlər üçün baza olduğuna əminlik ifadə olunub” deyə bildirilir.

Qeyd edək ki, toplantıda, həmçinin, MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli və qurumun icraçı katibi Əvəz Rüstəmov qonaqları Şuranın iş prinsiplərindəki spesifik məqamlarla tanış edib, sualları cavablandırıblar.

Mission News Theme by Compete Themes.