Press "Enter" to skip to content

Nikol Paşinyan Xankəndini Bakı ilə dialoqa səslədi

Nikol Paşinyan

BAYRAQDAR MEDİA – Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin toplantısında Qarabağla bağlı məsələyə də toxunub. O, Qarabağdakı “həmkarlarını” Bakı ilə dialoqa çağırıb.

Bu haqda xəbəri sentyabrın 14-də Ermənistan mediası yayıb.

Baş nazir deyib ki, Qarabağa humanitar yüklərin daxil olması üçün bütün mümkün beynəlxalq diplomatik cəhdlər edilir. O, eyni zamanda əlavə edib ki, prosesə Qarabağ təmsilçiləri də cəlb edilib.

Baş nazir qeyd edib ki, Bakı-Xankəndi dialoq mexanizminin qurulacağına ümid edir. N.Paşinyan bunun üçün Xankəndidəki “həmkarlarını” bənzər dialoqa daxil olmağa çağırıb.

Qeyd edək ki, rəsmi Bakı bir neçə dəfə Qarabağ ermənilərinin təmsilçilərini danışıqlara dəvət etsə də onlar bundan imtina ediblər. Halbuki Bakı ilk gündən bəyan edir ki, Qarabağdakı erməni icması ilə masa arxasında danışmaq problem yaratmır.

Mission News Theme by Compete Themes.