Press "Enter" to skip to content

Kitab tanıtma: “Abşeron memarlığı”

Abşeron memarlığı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında memarlıq elmləri doktoru, Prof. Şamil Fətullayevin “Abşeron memarlığı” kitabı da qorunur.

Nəşrin annotasiyasında qeyd edilir ki, kitabda Abşeronda yerləşən yaşayış məntəqələrinin şəhərsalma strukturu tədqiq edilib, 71 məscid, 55 hamam, 15-dən çox məqbərə, 10 ovdan, Mərdəkan sarayları və nəhayət, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Teymur bəy Aşurbəyovun, Kərbəlayi İsrafil Hacıyevin, Tağı bəy Səfərəliyevin, Məmməd bəy Xanlarovun və başqalarının məşhur villaları ölçülüb. Bu bütöv memarlıq-planlaşdırma materialı uzun illəri əhatə edən elmi iş prosesi zamanı aşkar edilib, dini tikililərin, hamamların, ovdanların, məqbərələrin və villaların təsnifatının əsasını təşkil etmiş və Abşeronun şəhərsalma və memarlığında mövcud olan boşluğu müəyyən dərəcədə dolduran monoqrafik tədqiqat şəklində təqdim olunub.

Mission News Theme by Compete Themes.