Press "Enter" to skip to content

Gürcüstana 21 min 402 ədəd dərslik göndərilib

Sözügedən kitablar

BAYRAQDAR MEDİA – Sentyabrın 13-də Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 18 adda 21 min 402 ədəd dərslik göndərilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə bildirilir ki, “sözügedən dərs vəsaitləri ETN, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib”.

Qeyd edək ki, “Ana dili” və “Ədəbiyyat” dərsliklərinin mübadiləsi 15 dekabr 2022-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan – Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın IX iclasında qəbul olunmuş protokola və 21 fevral 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Mission News Theme by Compete Themes.