Press "Enter" to skip to content

Ermənistan Arazdəyəndə tikməkdə olduğu zavodu köçürür…

Sözügedən obyektdəki bayraqlar...

BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi, bir müddət öncə Ermənistan Azərbaycan sərhədinin Naxçıvan kəsiminin lap yaxınlığında – Arazdəyəndə metallurgiya zavodu tikməyə başlamışdı. Bu isə Azərbaycanda haqlı narazılığa səbəb olmuşdu. Çünki o zavod fəaliyyət göstərəcəyi təqdirdə Azərbaycan da ekoloji zərər görəcəkdi.

Məsələ o həddə çatmışdı ki, Azərbaycanın ictimai rəyi, dövlət, özəlliklə də ekoloji fəallar qlobal səviyyədə kampaniyaya başlamışdı. Ermənistan isə çıxış yolu kimi tikilməkdə olan obyektin üzərindəki Rusiya bayrağını endirib ABŞ bayrağı asmağı seçmişdi. Lakin bu da kömək olmadı…

Artıq Ermənistan mediası xəbər verir ki, Arazdəyəndə tikilməkdə olan Ermənistan-ABŞ birgə metallurgiya zavodu başqa əraziyə köçürülür. Ermənilər bunun səbəbini “Azərbaycanın ərazini tez-tez atəşə tutması” ilə əlaqələndirir.

Onlar açıq şəkildə onu da etiraf edir ki, Azərbaycandan qorunmaq üçün obyektin üzərində ABŞ bayrağı yüksəltsələr də bunun köməyi olmayıb və “Azərbaycan aqressiv davranışlarını davam etdirib”.

O da bildirilir ki, tikilməkdə olan zavodun köçürülməsi prosesi hazırda Ermənistanda olan Avropa Birliyi müşahidə missiyasının nəzarəti altında həyata keçiriləcək.

Beləliklə, Azərbaycanın daha bir haqlı tələbi yerinə yetirilmiş oldu.

Mission News Theme by Compete Themes.