Son yeniləmə: 14 Sentyabr 2023 11:41
BAYRAQDAR MEDİA – Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhidlik statusu veriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.
Onun sözlərinə görə, “yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları – Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğluna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında şəhidlik statusu veriləcək”.