BAYRAQDAR MEDİA – Bakı Mühəndislik Universitetinin (BMU) rektoru vəzifəsinə təyin edilən Yaqub Piriyev sentyabrın 14-də müəssisə kollektivinə təqdim olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Y.Piriyevin təhsil sistemindəki səmərəli fəaliyyətini vurğulayıb və göstərilən yüksək etimadı doğruldacağına əminliyini ifadə edib. BMU-nun yaradılması tarixi və fəaliyyətinə toxunan nazir müavini sözügedən ali təhsil müəssisəsinin Azərbaycanın sosial-iqtisadi inkişafında müstəsna rolunun olduğunu deyib. BMU-da yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması üçün icra olunan ikili diplom proqramı və digər layihələrə diqqət çəkən F.Qurbanov yeni rektorun qarşısında duran məqsəd və vəzifələri vurğulayıb”.
Sonda Y.Piriyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.