Son yeniləmə: 14 Sentyabr 2023 13:47
BAYRAQDAR MEDİA – Son 1 ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 4,5 faiz, 2023-cü ilin əvvəlindən isə 3,4 faiz artıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrn 14-də Səhmdar Cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, “01 sentyabr 2023-cü iltarixinə ölkə üzrə 1808538 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1736490 və ya 96 faizi əhali, 72048 və ya 4 faiziisə qeyri-əhali qrupu abunəçiləridir.
Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməlivə tullantı su şəbəkələrinə qoşulması, yenitikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
01 sentyabr 2023-cü il tarixinə abonentlərin 89,3faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,1faiz, qeyri əhali qrupu üzrə isə 95,5 faiz təşkil edir”.