Son yeniləmə: 13 Sentyabr 2023 12:57
Közhan Yazgan: Türk Dünyası Çocuk Şölenini yenidən təşkil edəcəyik
BAYRAQDAR MEDİA – “Bildiyiniz kimi, Türk Dünyası Araştırmaları Vəqfi (TDAV) uzun illər ərzində Türk Dünyası Çocuk Şölenleri təşkil edib. Bu gözəl mərasimləri təşkil etməkdə məqsədimiz türk dövlətləri və topluluqlarında yaşayan uşaqların Türkiyəni tanımasına, dünyanın hər yerində yaşayan qardaşları ilə bir araya gəlməsinə, onlar arasında dostluq, qardaşlıq bağlarının gücləndirilməsinə və türk dünyasının hər yerindəki ailələrin bu vəsilə ilə dost olmalarına, bir-birilərini tanımalrına yardım etməkdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) başqanı, professor Közhan Yazgan deyib.
O, qeyd edib ki, bu ideya ilk dəfə TDAV-ın qurucusu, mərhum Turan Yazgan tərəfindən irəli sürülüb: “Türkiyə Radyo Televizyon Kurumu tərədindən hər il 23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı münasibəti ilə dünya uşaqları üçün təşkil olunan festivala yalnız Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin uşaqları dəvət olunurdu. Ancaq Tatarıstan, Çuvaşıstan, Başqurdıstan, Sibir, Tuva, Saka, Hakas, Altay, Şor, Teleüt türklərindən təmsilçilər bu tədbirə qatıla bilmirdi. Biz də Türk Dünyası Araşdırmaları Vəqfi olaraq bu torpaqlarda yaşayan türk uşaqlarının bir-biri ilə tanış olması, ictimailəşməsi və gələcək üçün dostluq əlaqələri qurması üçün Türk Dünyası Çocuk Şölen təşkil etməyə başladıq. 1995-ci ilin may ayında kiçik miqyaslı iştirakla başladığımız Türk Dünyası Uşaq Şölənlərini ikincisindən başlayaraq bütün türk cümhuriyyətlərini və birliklərini əhatə edəcək şəkildə təşkil edirik”.
K.Yazgan bildirib ki, Turan Yazganın vəfatından sonra da bir neçə il bu şölənləri təşkil ediblər: “Lakin əvvəl pandemiya, sonra da zəlzələyə görə son bir neçə ildə bu tədbiri keçirə bimədik. Bununla belə, artıq bu gözəl tədbirin yenidən keçirilməsinə hazırıq. Bu il inşallah Türk Dünyası Çocuk Şölenini yenidən təşkil edəcəyik. Bir sözlə, yenidən bütün türk dünyasındakı uşaqları sevindirəcəyik”.