Press "Enter" to skip to content

Tanınmış Azərbaycan rəssamının Özbəkistanda fərdi sərgisi

Çingiz Fərzəliyevin “Sevinc piyaləsi”

BAYRAQDAR MEDİA – Sentyabrın 14-də Özbəkistan Rəssamlıq Akademiyasında Azərbaycan Mədəniyyət Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Özbəkistan Rəssamlıq Akademiyasının birgə təşəbbüsü, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı ilə Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri xarici akademiki Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı fərdi sərgisi keçiriləcək.

Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan sərgi iki dövlət arasındakı mədəni əlaqələrin inkişafına xidmət edir. Sərgidə rəssamın ilk yaradıcılıq illərindən başlayaraq bu günədək ərsəyə gətirdiyi əsərlərindən 40-a yaxını nümayiş olunacaq. Layihənin koordinatoru Könül Rəfiyevadır”.

Mission News Theme by Compete Themes.