Son yeniləmə: 13 Sentyabr 2023 13:49
BAYRAQDAR MEDİA – “Hazırda 300-dək azərbaycanlı tələbəmiz var. Ancaq biz bu sayı daha da artırmaq niyyətindəyik. Elə Bakıya səfərimizin əsas məqsədlərindən biri də budur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı qardaş Türkiyənin Karamanoğlu Mehmetbey Üniversitetinin rektoru Prof. Dr. Mehmet Gavgalı deyib. Qeyd edək ki, müsahibə yaxın günlərdə oxuculara təqdim ediləcək.
Ali təhsil almaq üçün rəhbərlik etdiyi universitetin seçilməsinin hansı imkanlar yaratmasına gəlincə, rektor bunları bildirib: “Azərbaycanlı bir gənc niyə bizim univeristeti seçməlidir deyə soruşsanız aşağıdakıları deyə bilərəm: Hər bir universitetin özünə uyğun təhsil sistemi var. Bizim də gənc, dinamik, elmi olaraq xüsusilə fərqlənən bir təhsil proqramımız var. Beynəlxalq təhsil sistemi ilə yaxındna tanış olan, beynəlxalq təhsil sistemindən qidalanmış bir çox müəllimimiz var. Müəllimlərimizin bir çox Qərb ölkələrindəki ali təhsil müəssisələrində yetişib, gəliblər. Oradan əldə etdikləri bilikləri hazırda tələbələrimiz çatdırırlar”.
Prof. Dr. Mehmet Gavgalı, həmçinin, “Biz təkcə tələbələrin universitet diplom almalarına deyil, eyni zamanda öz sahələrində peşakar olmalarına da üstünlük veririk. Beləliklə, Azərbaycandan gənclər bizim univeristeti seçərlərsə həm qardaşlarının məmləkətində olacaqlar, həm də keyfiyyətli ali təhsil alacaqlar. Çünki biz təkcə diplom verməklə kifayətlənmir, o diploma uyğun peşəkar bir mütəxəssis yetişdirlməsinə üstünlük veririk” deyib.
Rektorun sözlərinə görə, bu univeristeti seçən tələbələr təhsil haqqı və yurd (yataqxana) məsələsində də çətinlik çəkmirlər: “Öncə onu deyim ki, Karamanda yurdlar əsasən dövlətə bağlıdır. KYK (Kredi Yirdlar Kurumu) yurdlarıdır.. Keçən il heç bir tələbə kənarda qalmadı. Yəni, istəyən tələbələrin hamısı dövlət yurdlarına yerləşə bildilər. Bəzi tələbələrimiz də şəxsi evlərdə kirayədə qalmağa üstünlük verdilər. Dolayısı ilə dövlət yurdları ilə yanaşı, istər özəl yurdlar, istərsə də apartlar mövcuddur. Təhsil haqqına gəlincə, YÖK-ün müəyyən etdiyi özül qiymət var. Biz də qiymətləri həmin məbləğdən çox yuxarı çəkmədik. Yəni bizim universitetdə təhsil almaq imkanını artıqmaq üçün qiyməti Azərbaycan pulu ilə 500-1000 manat arasında müəyyən etmişik. Bu qiymət bölümlərə görə dəyişir. Ortalama illik təhsil haqqı 700 manatdır”.