Press "Enter" to skip to content

Muzeydə yaponiyalı azərbaycanşünas ilə görüş

Yaponiyalı qonaq Muzeydə

BAYRAQDAR MEDİA – Sentyabrın 12-də Milli Azərbaycan Tarixi Muzeyində yaponiyalı azərbaycanşünas, tədqiqatçı Yorika Tsutsumi ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, Dos. Məhfuzə Zeynalova və muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova iştirak edib. Görüş zamanı Y.Tsutsuminin Azərbaycanın tarixi, ədəbiyyatı ilə bağlı tədqiqatında araşdırdığı məsələlərə toxunulub və verilən suallar muzeyin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb. Səmərəli söhbətdən sonra yaponiyalı tədqiqatçı məşhur xeyriyyəçi, böyük neft sahibkarı H.Z.Tağıyevin ev-muzeyini ziyarət edib və xoş təəssüratlarını bölüşüb”.

Qeyd edək ki, sonda Y.Tsutsumiyə muzeyin dəyərli eksponatları əsasında hazırlanmış nəşrləri hədiyyə edilib.

Mission News Theme by Compete Themes.