BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Özümüzdən böyük sözümüz (ədəbi düşüncələr)” kitabı da yer alır.
Nəşrə müəllifin dil, ədəbiyyat və cəmiyyət haqqında düşüncələri, ədəbi-nəzəri məqalələri, eləcə də müxtəlif nəsilləri və xalqları təmsil edən tanınmış qələm sahibləri haqqında portret oçerkləri toplanıb.
Kitabda “Dilimiz və taleyimiz”, “Həqiqətdən keçən yollar”, “Cavablar, düşüncələr”, “Ürəklərdə közərən ocaqlar”, “Azad adam”, “Balaca zuvanddan böyük türk dünyasına”, “Dərbəndin şirin və acı xatirələri”, “Nə şair ağlasın, nə Azərbaycan”, “Qırılmaz sənət körpüləri” və s. başlıqlarda yazılar var.
Nəşrdə həmçinin bildirilir ki, sözügedən kitab S.Rüstəmxanlını həm də ciddi, təkrarsız ədəbiyyatşünas-alim kimi təqdim edir.