BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Denizli şəhərində 4 gün ərzində İstehsalçı Qadınlar Festivalı başa çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, “dörd gün ərzində xüsusi tədbirlərə ev sahibliyi edən festivalın bağlanış proqramı usta sənətçi Bedia Akartürkün konserti ilə yekunlaşıb. Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, həyat yoldaşı Berrin Zolan, mədəniyyət və sosial işlər şöbəsinin müdiri Hüdaverdi Otaklı, qadın sahibkarlar və çox sayda vətəndaş Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekçi Konqresində təşkil edilən konsertdə iştirak edib”. Məlumata görə, konsertdən əvvəl səhnəyə dəvət edilən Osman Zolan festival zamanı istehsal edən qadınlara dəstək olmaq üçün imkan yaratdıqlarını bildirib: “Biz Böyükşəhər Bələdiyyəsi olaraq hər sahədə layihələr həyata keçirir, qadınlara dəstək veririk. Siz dəyərli xanımlar, daha çox və daha yaxşısına layiqsiniz. Maraq və iştirakınıza görə hər birinizə ayrı-ayrılıqda təşəkkür etmək istəyirəm”.
Məlumatda daha sonra vurğulanır ki, 4 gün davam edən Böyükşəhər İstehsalçı Qadınlar Festivalında uşaqlar üçün konsertlər, müsahibələr, emalatxana təlimləri, pulsuz sağlamlıq nümayişləri, eləcə də kukla, kloun şouları, üz boyama və sehrbaz şouları yer alıb: “TRT solisti Yeşim Dağlı və Böyükşəhər Bələdiyyə Konservatoriyasının sənətçisi İşıl Koç da festival iştirakçılarına musiqi ziyafəti verib”.