Press "Enter" to skip to content

İrandan daha bir antitürk addımı

Son yeniləmə: 13 Sentyabr 2023 09:39

Güney Azərbaycanda bir çox yer adları dəyişdiriləcək

BAYRAQDAR MEDİA – İran Güney Azərbaycan türklərinə qarşı assimilyasiya siyasətini davam etdirir.

Kirim Haber Ajansının məlumatına əsasən, fars-molla rejimi bu dəfə də Güney Azərbaycanda bir çox yaşayış məntəqələrinin adlarını dəyişdirmək qərarına gəlib: “İranın daxili işlər naziri Əhməd Vahidi Qərbi Azərbaycan valisinə yazdığı məktubda vilayətin bəzi inzibati rayonlarının adlarının dəyişdirildiyini bildirib. Qərara əsasən, Güney Azərbaycanın Qərbi Azərbaycan vilayətinin Təzə kəndinin adı dəyişdirilərək Taht Süleyman, Çaybasar qəsəbəsindəki Pəzi kəndinin adı Pezik, Çarıq qəsəbəsində Zola və Behik kəndlərinin adları birləşdirilərək Zolabehikə olub. Həmçinin, Ocan şəhəri adı dəyişdirilərək Bostanabad, Hiyav şəhəri Meşginşəhr, Qardağ bölgəsinin adı Eresbaran, Tikantəpə şəhərinin adı isə Mianduab adlandırılıb”.

İran istər Pəhləvi dövründə, istərsə də Pəhləvidən sonrakı dövrdə Qacar sülaləsini devirdikdən sonra Güney Azərbaycana qarşı coğrafi, sosial, iqtisadi və digər assimilyasiya siyasəti həyata keçirir.

Mission News Theme by Compete Themes.