Son yeniləmə: 13 Sentyabr 2023 09:24
BAYRAQDAR MEDİA – “Sentyabrın 13-ü saat 03:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır”.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd edilir.