Press "Enter" to skip to content

Cenevrədə xalça sərgisi açılıb

Sərgi zamanı

BAYRAQDAR MEDİA – Sentyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin Cenevrədəki Ofisində azərbaycanlı rəssam Faiq Əhmədin əsərlərindən ibarət xalça sərgisinin açılışında iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “sərginin açılışına BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya, Cenevrə şəhərində mövcud beynəlxalq təşkilatların rəsmiləri, xarici ölkələrin səfirləri qatılıblar. Tədbirdə açılış nitqi ilə çıxış edən BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya sözügedən sərginin Azərbaycanın zəngin mədəniyyətinin, xalçaçılıq sənətinin daha yaxından tanıdılması imkanı yaratdığını diqqətə çatdırıb”.

Məlumata əsasən, ekspozisiyası çoxlu sayda əsər və instalyasiyalardan, rəssamın yaradıcılığında mühüm yer tutan xalçalardan ibarət sərgi 12 gün ərzində BMT ofisinin ziyarətçilərinə açıq olacaq.

Mission News Theme by Compete Themes.