Son yeniləmə: 13 Sentyabr 2023 12:58
BAYRAQDAR MEDİA – Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 481 min 131 şagird təhsil alacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya İdarədən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 min 500, IX sinfində 41min 16, X sinfində 31 min 300, XI sinfində 26 min 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır: “BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 34 min 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 minə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir. 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 498 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 min 375 tərbiyəçi-müəllim çalışacaq. Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir”.