Press "Enter" to skip to content

Ünal Üstel: KKTC Binalı Yıldırımın ikinci vətənidir

Qəbul zamanı

Son yeniləmə: 12 Sentyabr 2023 21:17

BAYRAQDAR MEDİA – KKTC-də səfərdə olan Ak Partinın sədr müavini Binali Yıldırımı baş nazir Ünal Üstel ilə görüşüb.

Kibris Postası xəbər verir ki, görüş maraqlı anlarla yadda qalıb.

Baş nazir Ü.Üstel, “KKTC-nin türk dünyası inteqrasiyasında yeri və önəmi” adlı panelin açılışında çıxış etmək üçün KKTC-yə gələn B.Yıldırımı görməkdən və qonaq etməkdən şad olduğunu deyib. O, B.Yıldırımın nazir olduğu müddətdə KKTC-də böyük layihələr həyata keçirdiyini bildirib.

Ü.Üstel “KKTC Binalı Yıldırımın ikinci vətənidir” deyib.

B.Yıldırım isə çıxışına “evimizdəyik” deyərək, başlayıb: “Sizin dərdləriniz bizim dərdimiz, sevincləriniz sevincimizdir. Hər yerdə haqq davanızı müdafiə etməyə davam edəcəyik”.

Mission News Theme by Compete Themes.