BAYRAQDAR MEDİA – Oktyabrın 5-də saat 19:00-da Bakı Musiqi Akademiyasının Opera studiyasında Fikrət Əmirovun 3 pərdəli “Sevil” operası nümayiş olunacaq.
Bu haqda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “opera Cəfər Cabbarlının eyniadlı pyesi əsasında (libretto – Tələt Əyyubov) yazılıb. Operada Xalq artistləri Samir Cəfərov (Balaş), Gülnaz İsmayılova (Dilbər), Əməkdar artistlər Afaq Abbasova (Sevil), Səbinə Vahabzadə (Gülüş), Tural Ağasıyev (Əbdüləli bəy), Əliəhməd İbrahimov (Babakişi), Cahangir Qurbanov (Atakişi), solistlər Fəhmin Əhmədli (Məmmədəli bəy), Nəzər Bəylərov (Azançı), Esmira Məmmədova (Azançı) rol alacaq. Tamaşanın dirijoru Xalq Artisti, Prof. Cavanşir Cəfərov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır”.
Qeyd edək ki, operanın premyerası 25 dekabr 1953-cü ildə ADOBT-də olub. Hazırda nümayiş olunan tamaşa isə 1998-ci ildə H.Quliyev tərəfindən səhnələşdirilib.