Son yeniləmə: 12 Sentyabr 2023 13:47
BAYRAQDAR MEDİA – 16-cı Beynəlxalq Eskişehir Bişmiş Torpaq Simpoziumu çərçivəsində dönmə yarışı keçirilib.
Bu barədə eskisehir.net məlumat yayıb.
Qeyd edilib ki, Tepebaşı Bələdiyyəsinin təşkil etdiyi tədbir böyük marağa səbəb olub. Məktəblilər arasında keçirilən dönmə yarışması isə simpoziuma bir daha böyük rəng qatıb: “Bu çərçivədə, əvvəlcə Kınıklı bişmiş torpaq ustası Osman Menteş hazırladığı qazanı nümayiş etdirib. Daha sonra 2 qrupda yarışa qatılan 10 şagird onlara verilən vaxtda O.Menteşin hazırladığı qazana ən yaxın olan qazanı düzəltməyə çalışıb”.
Qiymətləndirmələr nəticəsində Yusuf Rıdvan Koç birinci, Nurşan Tekin ikinci, Şule Coşkun üçüncü olub. Begiter Group-un sponsorluğu ilə təşkil olunan müsabiqənin qaliblərinə mükafatlar verilib. Bütün yarışmaçılara iştirak sertifikatları təqdim olunub.
Tepebaşı Bələdiyyəsinin sədri Dt. Ahmet Ataç və simpoziumun sənət məsləhətçisi Prof. Bilgehan Uzuner və digər çıxış edənlər şagirdləri təbrik ediblər.