BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatının üzvü olan qardaş ölkələr – Türkiyə, Özbəkistan və Qazaxıstan Azərbaycanın Qarabağ bölgəsində baş verənlərlə bağlı bəyanatla çıxış edib. Bu dövlətlərin hamısı Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.
BAYRAQDAR MEDİA-ya qardaş Qırğızıstanın Azərbaycandakı səfirliyindən sentyabrın 12-də daxil olan məlumata görə, bu dövlətin Xarici İşlər Nazirliyi də eyni mövqeyi ifadə edən bəyanatla çıxış edib.
Qırğızıstan XİN-in məsələylə bağlı bəyanatında deyilir: “Qarabağda baş verən hadisələrlə bağlı Qırğız Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edir. Beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı üçün çıxış edən Qırğız Respublikası bütün məsələləri BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsip və normaları çərçivəsində siyasi-diplomatik yolla tənzimləməyə çağırır”.