Press "Enter" to skip to content

Qardaş Qazaxıstandan Azərbaycanla bağlı bəyanat

Qazaxıstan

BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın Xarici İşlər Nazirliyi sentyabrın 12-də Qarabağ ətrafında baş verənlərlə bağlı bəyanatla çıxış edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən daxil olub.

“Qazaxıstan Respublikası Qarabağ ətrafındakı son hadisələrlə bağlı bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini təsdiqləyir, həmçinin bütün məsələlərin BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun diplomatik yolla tənzimlənməsinin tərəfdarı kimi çıxış edir”, – deyə bəyanatda bildirilir.

Mission News Theme by Compete Themes.