Son yeniləmə: 12 Sentyabr 2023 09:39
BAYRAQDAR MEDİA – Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 11-də ölkənin ictimai televiziyasına geniş müsahibə verib. Müsahibədə bir çox məsələlərlə yanaşı Azərbaycanın Qarabağ bölgəsindəki bölücü ünsürlərin özlərinə “prezident” seçməsinə də toxunulub. Baş nazir yeni “prezidenti” təbrik etməməsinin səbəbinə də aydınlıq gətirib.
“Dağlıq Qarabağın yeni seçilmiş “prezidenti” Samvel Şahramanyana gəlincə, düşünürəm ki, vəziyyət elədir, təbrik üçün məxsusi nəsə yoxdur və onun üzərinə çox böyük məsuliyyət düşür”, – deyə N.Paşinyan jurnalistin bu yöndə sualına cavab verib.
Əlavə edək ki, Qarabağ bölücülərinin özlərinə seçdiyi yeni “prezidenti” heç bir dünya lideri təbrik etməyib, üstəlik də bir sıra dövlətlər və beynəlxalq qurumlar bu hadisəni qınayan bəyanatla çıxış edib.