Son yeniləmə: 12 Sentyabr 2023 12:23
BAYARQDAR MEDİA – Türkiyənin ana müxalifət partiyası CHP-nin genel başqanı Kemal Kılıçdaroğlu yenə də yanlışlığa yol verib.
Kibris Postası xəbər verir ki, o, CHP-nin 100-cü ildönümü ilə bağlı paylaşdığı videoda yunanların terrorçu EOKA təşklatının təmsilçilərinin fotosundan istifadə edilib.
Məlumata görə, K.Kılıçdaroğlunun sosial şəbəkə hesabından paylaşılan və partiyanın da sosial media hesabından sitat gətirilən videoda Cümhuriyyət tarixində baş verən mühüm hadisələrin görüntüləri yer alıb: “Videonun Kıbrıs Barış Hərəkatı ilə bağlı hissəsindəki görüntü isə diqqət çəkib. Belə ki, sözügedən videoda Kıbrıs Barış Əməliyyatına qədərki dövrdə türk kəndlərinə hücum edən yunan millətçi və terrorçu qruplarının lideri olan EOKA-nın fotosundan istifadə edildiyi görülüb”.
O da xatırladılır ki, qalmaqallı foto daha əvvəl KKTC-də 8 avqust 2022-ci il tarixli dövlət lotereyasında çap olunmuşdu və bu hadisə mediada işıq üzü gördükdə ciddi etiraz doğurmuşdu.