Press "Enter" to skip to content

Hasan Turan milli təhlükəsizlik müşaviri ilə görüşüb

Görüş zamanı

Son yeniləmə: 12 Sentyabr 2023 21:18

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin sədri və Birləşmiş İraq Türkmən Cəbhəsinin Siyahısı lideri Hasan Turan paytaxt Bağdadda milli təhlükəsizlik müşaviri Kasım Əl-Araci ilə görüşüb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, “görüşdə Türkmən Qardaşlıq Ocağının sədri Dr. Faruk Abdullah Abdurrahman da iştirak edib. Görüşdə İraqdakı siyasi və təhlükəsizlik vəziyyəti müzakirə edilib, Kərkükdəki son hadisələr dəyərləndirilib. H.Turan Kərkükdəki son vəziyyət, Kərkükün təhlükəsizliyinin və sabitliyinin qorunmasının vacibliyi ilə bağlı türkmən komponentinin fikirlərini bölüşüb”.

Mission News Theme by Compete Themes.