Press "Enter" to skip to content

DİM “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini təqdim edib

Son yeniləmə: 12 Sentyabr 2023 14:52

BAYRAQDAR MEDİADövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini təqdim edib.

DİM-dən verilən məlumata görə, 9-cu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində elektron formada təqdim olunub: “Onuncu nömrədə isə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub”.

Qeyd edilib ki, jurnalların elektron versiyasını (PDF formatda) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Mission News Theme by Compete Themes.