Press "Enter" to skip to content

Çinin uyğur türk uşaqlarına qarşı zülmü davam edir

Uyğur türk uşaqları ailələrindən zorla alınır

Son yeniləmə: 12 Sentyabr 2023 14:23

BAYRAQDAR MEDİA – Çinin Doğu Türküstanda sistemli soyqırım və assimilyasiya siyasəti bütün sürəti ilə davam edir.

Kirim Haber Ajansı xəbr verir ki, uyğur türk uşaqları ailələrindən zorla alınaraq, başqa yerlərdə saxlanılır: “Son illərdə Çin administrasiyası konsentrasiya düşərgələri ilə yanaşı uşaq düşərgələri də tikir. Çin rəhbərliyi ailələrindən zorla saxlanılan uyğur türk uşaqlarının olduğu düşərgələri “Uşaq təhsil mərkəzləri” adlandırır. Bu düşərgələrdə uyğur türk uşaqları Çinin hər cür təqib və assimilyasiya siyasətinə məruz qalırlar”.

Məlumata görə, Çin mərkəzli sosial media platformalarında paylaşılan görüntüdə ailəsindən saxlanılan uyğur türk uşağının onu görməyə gələn ailəsi ilə dəmir barmaqlıqlar arxasında ağlayaraq görüşdüyü anlar paylaşılıb: “Uyğur Araşdırma Mərkəzi bu vəziyyətin Doğu Türküstanda yaşayan hər bir valideynin başına gəldiyini, uşaqların Çin tipli təhsillə öz mədəniyyətindən, dinindən və şəxsiyyətindən uzaq tutulmağa çalışıldığını, Doğu Türküstanda 1 milyondan çox uyğur türk uşağının bu kimi “təhsil ocaqlarında” zorla saxlanıldığını bildirib. Digər tərəfdən, Beynəlxalq Amnistiya Təşkilatı ötən il Çin rəhbərliyinin uyğur türk uşaqlarını zorla ailələrindən ayıraraq uşaq toplama düşərgələrinə göndərdiyinə dair sübutlara əsaslanan hesabat dərc edib. Təşkilat öz hesabatında Çinin uşaq düşərgələrində saxlanılan bütün uyğur türk uşaqlarının dərhal azadlığa buraxılmasına çağırıb”.

Mission News Theme by Compete Themes.