Press "Enter" to skip to content

Budapeştdə Ermənistanın törətdiyi ekoloji terrora diqqət çəkilib

Tədbir zamanı

Son yeniləmə: 12 Sentyabr 2023 11:58

BAYRAQDAR MEDİA – Macarıstanın Budapeşt şəhərində yerləşən Azərbaycan Evində “Sərsəng Su anbarı: Humanitar fəlakətin bir addımlığında” mövuzunda foto-sərgi və tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Diasporuna Dəstək Fondundan məlumat verilib.

Bildirilib ki, “tədbiri giriş sözü ilə Macarıstan-Azərbaycan Evinin rəhbəri İbrahim Səfərliaçaraq iştirakçıları salamlamış, tədbir barədə məlumat verib. Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini, layihə rəhbəri Şahin Camalov layihə barədə məlumat verib, Sərsəng Su anbarının tikilməsi, region üçün əhəmiyyəti və son vəziyyəti ilə bağlı əhəmiyyətli məsələlərə toxunub. Şahin Camalov həmçinin Ermənistanın və havadarlarının bütün beynəlxalq hüquq norma və prinsiplərinə, insani dəyərlərə məhəl qoymayaraq sudan təzyiq və təsir vasitəsi kimi istifadə etməyə davam etməsindən, region əhalisini sudan məhrum edərək həm regionun iqtisadi inkişafına, həm də ekologiyasınavurduğu zərərdən danışıb”.

Tədbirdə həmçinin Sərsəng su anbarının son durumuna dair iştirakçılara məlumat verilib, Anbarda baş verə biləcək hər-hansı qəzanın humanitar fəlakətə dönüşə biləcəyindən danışılıb: “O da qeyd olunub ki, Sərsəng Su anbarının işğalda saxlanması regionun 100 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaqlarına, 700 mindən artıq insanın gündəlik həyatına və onların gündəlik yaşam keyfiyyətinə mənfi təsir etməkdədir. Tədbir iştirakçıları sonda BMT-nin ixtisaslaşmış təşkilatlarını, Avropa Şurası Parlament Assambleyasını, Avropa İttifaqını, Human Rights Vatch təşkilatını Sərsəsng ətrafında baş verən hadisələrə münasibət bildirməyə, Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı 2085 (2016) nömrəli Qətnaməsini əldə rəhbər tutaraq Ermənistana və havadarlarına təzyiq etmək və onların ekoloji terrora son qoymaları üçün çağırış etməyə dəvət edib, bununla bağlı Bəyanat imzalayıblar”.

Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və Macarıstandakı Azərbaycan Evinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu tərəfindən həyata keçirilib.

Mission News Theme by Compete Themes.