Press "Enter" to skip to content

Kitab tanıtma: “Ermənicə qaynaqlarda erməni cinayətləri”

Ermənicə qaynaqlarda erməni cinayətləri

Son yeniləmə: 12 Sentyabr 2023 15:20

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nəşrlərdən biri də Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlının “Ermənicə qaynaqlarda erməni cinayətləri” kitabıdır.

Kitab Prezident yanında Qeyri-Hökumet Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənicə arxiv sənədlərində ermənilərin Azərbaycanda törətdikləri cinayətlərin aşkarlanması, araşdırılması və dünya ictimaiyyətinə çatdırılması (Ermənicə arxiv materialları əsasında. 1914-1920-ci illər)” layihəsi çərçivəsində Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası tərəfindən hazırlanıb.

Kitabda “Erməni cinayətlərinin qaynaqları”, “Erməni mətbuatında türk-müsəlman düşmənçiliyi”, “Azərbaycan xalqına qarşı cinayətlər ermənicə sənədlərdə”, “Neft və “erməni məsələsi””, “Faşist görüşlü cinayətkar” və s. başlıqlarda yazılar yer alır.

Qeyd edək ki, nəşrin redaktoru Prof. Ramiz Əskər, rəyçi isə Dos. Dilavər Əzimlidir.

Mission News Theme by Compete Themes.