Press "Enter" to skip to content

Transxəzər marşrutundan istifadə aktivləşdirilir

Hakan Fidan (solda) və Murat Nurtleu

Qazaxıstan və Türkiyə bu marşrutdan istifadə etməklə malların tədarükünü artırmaq niyyətindədirlər

BAYRAQDAR MEDİA – Qazaxıstan və Türkiyənin hakimiyyət orqanları Transxəzər marşrutundan istifadəni aktivləşdirmək və ondan istifadə etməklə malların tədarükünü artırmaq niyyətindədirlər. Bunu Qazaxıstan xarici işlər nazirinin müavini Murat Nurtleu türkiyəli həmkarı Hakan Fidan ilə Astanada apardığı danışıqlardan sonra deyib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 11-də Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə bildirilib ki, Tranzit marşrutlarının şaxələndirilməsi çərçivəsində Astana xüsusilə Türkiyə tərəfinə Qazaxıstan-Türkmənistan-İran-Türkiyə dəmir yolundan istifadə etmək imkanı verib.

Qeyd edilib ki, “Orta Dəhliz” Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir. Dəmir yolu və dəniz nəqliyyatı ilə konteyner daşımalarını həyata keçirir.

 

Mission News Theme by Compete Themes.