Son yeniləmə: 11 Sentyabr 2023 12:20
Bilecik Şeyh Edebali Üniversitetinin rektoru Prof. Dr. Şükrü Beydemir Bakıda valideyn və müəllimlərlə görüşüb
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin müxtəlif universitetlərinin rektorlarının Azərbaycana səfərləri davam edir.
Bukontekstdə Bilecik Şeyh Edebali Üniversitetinin rektoru Prof. Dr. Şükrü Beydemir bu universitetdə təhsil almaq hüququ qazanan tələbələr və onların valideynləri ilə Bakıda görüşüb. Lider Grupun təşəbbüsü və təşkilatçılığı ilə reallaşan, Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, millət vəkili Himət Babaoğlu, rektorlar, valideyn və tələblərin qatıdlığı görüşdə öncə ali təhsil ocağı haqqında ümumi məlumat verilib.
Sonra çıxış edən rektor Prof. Dr. Şükrü Beydemir iki qardaş ölkə arasında təhsil fəaliyyətlərinin əhəmiyyətindən danışıb. O, Azərbaycana xüsusi önəm verdiklərini bildirib.
Doç. Dr. Cahit Bağcı özünün də bir akademik olduğunu xatırladaraq, akademik araşdırmaların ölkələrin taleyini formalaşdırdığını ifadə edib. Səfir, əlaqələrin hazırkı intensivliyindən çox məmnun olduqlarını bildirib.
Millət vəkili Hikmət Babaoğlu təhsilin qalıcı nəticələrindən danışıb və Türkiyəyə təhsil almaq üçün gedəcək tələbələri təbrik edib.
Digər qonaq natiqlər də iki qardaş ölkə arasında mədəni, elecə də universitetlər arasında əlaəqlərin gücləndirilməsi ilə bağlı fikirlərini bildiriblər. Natiqlər Bilecikdə təhsil alan tələbələri və təhsil almaq istəyən məzunları çox şanslı gənclər adlandırılıb, rektorun onlara yaratdığı münbit ortam üçün təşəkkür ediblər.
Sonda bu görüşdən məmnun olduğunu bildirən Prof. Dr. Şükrü Beydemir hər bir sahədə əlaqələrin gücləndirilməsinin iki qardaş dövlətin və xalqın maraqlaırna cavab verdiyini deyib.
Proqram universitetə qəbul olunan tələbələrə qəbul vərəqələrinin və müxtəlif hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.