Son yeniləmə: 11 Sentyabr 2023 13:23
BAYRAQDAR MEDİA – Qırğızıstanda, Bişkekin Leninski seçki dairəsində Joqorku Keneşə seçki başa çatıb. İlkin nəticələrə görə, Leninski rayonunda lider 26,14 faiz səs toplayan Kubanıçbek Samakovdur.
Bu barədə Veçernıy Bişkek məlumat yayıb.
Bildirilib ki, ikinci yerdə 18,99 faiz səs toplayan Leninski rayonunun keçmiş rəhbəri Ruslan Taqayev gəlir. Üçüncü yeri seçicilərin 13,04 faiz səsini toplayan Almaz ulu Əskər tutub”.
Məlumata əsasən, Leninski birmandatlı dairəsi üzrə seçicilərin siyahısına 127 min 239 seçici daxildir ki, onlardan 20 min 169-u və ya 15,85 faizi səsvermədə iştirak edib. Seçkilərdə Joqorku Keneş deputatlığına 24 namizəd iştirak edib.