Press "Enter" to skip to content

Qardaş ölkə ermənilərin Qarabağdakı “seçki”sinə münasibət bildirdi

Özbəkistan bayrağı

Son yeniləmə: 11 Sentyabr 2023 16:01

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, bir sıra dövlətlər və beynəlxalq qurumlar Xankəndidəki bölücü qruplaşmanın “prezident seçkisi” adı altında törətdiyi əməli pisləyən bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü və legitim hakimiyyətini dəstəkləyib.

Məsələylə bağlı sentyabrın 11-də qardaş Özbəkistanın Xarici İşlər Nazirliyi də çıxış edib.

Qurumun bununla bağlı yaydığı bəyanatda deyilir: “Özbəkistan Respublikası dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, onun daxili işlərinə istənilən müdaxiləni pisləyir və Qarabağda 9 sentyabr 2023-cü ildə keçirilmiş sözdə “prezident seçkisi”ni tanımır”.

Əlavə edək ki, qardaş Özbəkistan dövləti Ermənistanın təcavüzünün ilk günündən Azərbaycan haqq davasını dəstəkləyib və işğalçı dövlətlə diplomatik münasibətlərə meylə etməyib.

Mission News Theme by Compete Themes.