Son yeniləmə: 11 Sentyabr 2023 11:52
BAYRAQDAR MEDİA – Qırğızıstanın Oş şəhərindəki “Alimbek-Datka”etnoqrafik kompleksində komuz gününə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Bu barədə Oş bələdiyyəsi məlumat yayıb.
Veçernıy Bişkek xəbər verir ki, Oş Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində rəssamlar arasında “Uraanım Manas” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb: “Bundan əlavə, təşkil olunmuş fləşmob çərçivəsində komuzçulardan ibarət qruplar maş-bota ifa ediblər. Sonda qala-konsert proqramı da təşkil olunub”.
Xatırladaq ki, Qırğızıstanda Komuz Günü 2019-cu ildə təsdiq edilib və sentyabrın 9-da təntənəli şəkildə qeyd olunur.
Məlumat üçün bildirək ki, komuz (qomuz, kpmus) Altay, Orta Asiya, Sibir və Monqol çöl mədəniyyətlərinə xas olan ladsız üç simli taxta musiqi alətinin qırğızca adıdır. Qırğızıstanın milli simvollarından biridir. Müasir Türkiyə türkcəsində Kopuz, Azərbaycan dilində isə Qopuz adlanır. Türk xalq musiqisinin əsas aləti olan Bağlamanın əcdadı sayılan musiqi alətidir. Komuz adətən bir ağac parçasından (adətən ərik və ardıc) oyma üsulu ilə hazırlanır. Onun simləri qədim zamanlardan heyvan bağırsaqlarından kəsilmiş parçalardan, bu gün isə balıqçılıq xəttindən əldə edilmişdir. Üç müxtəlif komuz ifa texnikası var: çiyin üzərində, dizlər arasında və qucaqda.