Press "Enter" to skip to content

Nazirdən Azərbaycan dili ilə bağlı mühüm çağırış

Emin Əmrullayev

Son yeniləmə: 11 Sentyabr 2023 12:18

BAYRAQDAR MEDİA – Yeni tədris ilində təhsil sektorunun qarşısında bir sıra mühüm vəzifələr durur. Bu istiqamətdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ön sırada dayanır.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransındakı çıxışında deyib.

Nazir qeyd edib ki, ana dilinin inkişafı hər zaman diqqət mərkəzində olub. Lakin yeni tədris ilində bu məsələ xüsusilə diqqətdə saxlanılacaq.

E.Əmrullayev deyib ki, hər bir şəxsin ana dilini bilməsi, bu dildə səlis danışması vacibdir.

O, bildirib ki, bu istiqamətdə təhsil sahəsinin üzərinə mühüm vəzifələr düşür: “Ona görə də, ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi işininin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzindədir. Yeni tədris ilində isə bu məsələyə xüsusi ilə diqqət göstəriləcək”.

Nazir orta məktəblərdə ana dilini tədris edən müəllimləri daha tələbkar olmağa çağırıb.

Mission News Theme by Compete Themes.