Son yeniləmə: 11 Sentyabr 2023 11:26
BAYRAQDAR MEDİA – “Vahid məktəbli forması nizam-intizamın başlanğıcıdır”.
Bunu sentyabrın 11-də jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
İdarə müdiri bildirib ki, Bakı məktəblərində Pedoqoji Şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub: “Biz bu məsələdə icraçı istiqamətdə maarifləndirici və kommunikasiyaedici tərəfik. Hesab edirik ki, məktəblər bu cəhətdən göz oxşayacaq”.
Qeyd edək ki, Bakıda Bakı təhsil işçilərinin sentyabr konfransı keçirilir.