BAYRAQDAR MEDİA – Güney Azərbaycan Milli Dirəniş Təşkilatı “Araz News” media qurumu maraqlı bir Bildiriş çıxış edib.
Təşkilatdan BAYRAQDAR MEDİA-ya daxil olan Bildiriş aktuallığını nəzərə alaraq tam mətnini dəyərli oxucularımıza təqdim edirik.
BİLDİRİŞ
Qeyrətli gənclik
Azərbaycanın igid övladları
Azad və milli fəal zabitlər
“Zəngəzur” məsələsi Azərbaycan türklərinin milli taleyi və Güney Azərbaycanda milli azadlıq mübarizəsinin strateji aralıq həlqəsidir. Panfarsizm irtica və faşizmi Azərbaycanın milli varlığına qarşı hərbi cəbhə yaradır.
Panfarsizm (İranşəhri) mürtəce cəbhəsi və faşizminin hərbi suiqəsdlərini ifşa etmək və zərərsizləşdirmək üçün şəhərlərdə və sərhədlərdə maddi-texniki və hərbi hərəkətlərdən xəbər və şəkilləri Güney Azərbaycan milli mediasına göndərin.
İran İslam İnqilabı Keşikçiləri Korpusunda və İran ordusunda çalışan türk azərbaycanlı hərbi qulluqçuların millətinizin yanında olmasını, İranın mürtəce cəbhəsi və faşizminə qarşı durmalarını, İran silahlı qüvvələrində millətimizə qarşı həyata keçirilən hərbi hərəkətlərin xəbərlərini göndərməklə bu hərəkətlərin zərərsizləşdirilməsini tələb edirik.