Son yeniləmə: 11 Sentyabr 2023 13:22
BAYRAQDAR MEDİA – 2023-2024-cü tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələr bəllidir.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında məlumat verib.
İdarə müdiri bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin və keyfiyyətin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.