BAYRAQDAR MEDİA – “Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 11-də Azərbaycan Dövlət Su Ehtiyatlatı Agentliyi “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlərlə verilir.
“Bu müddətdə abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik. Yaranmış narahatlıqla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatlatı Agentliyi “Azərsu” ASC abonentlərdən üzr istəyir” deyə məlumatda qeyd edilir.